Qonşusunu bıçaqladı
23 iyun 2020 13:21 (UTC +04:00)

Qonşusunu bıçaqladı

0

İyunun 22-də Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Muradov xuliqanlıq zəminində qonşusu K.Məşədiyevin əl nahiyəsinə bıçaqla xəsarət yetirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Muradov saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə  kolu, evindən isə 117,64 qram marixuana və 19,849 qram çətənə toxumu aşkar edilib götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1889

Oxşar yazılar