Qayınata kürəkənini güllələdi
17 sentyabr 2020 13:05 (UTC +04:00)

Qayınata kürəkənini güllələdi

0

Sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsində qəsəbə sakini Ç.Rəhimov xuliqanlıq zəminində pnevmatik tüfənglə atəş açaraq, kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirib.

DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu barədə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov saxlanılıb, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron  (pnevmatik) götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2439

Oxşar yazılar