Bakı sakini silahını polisə təhvil verib.
Lent.az-ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşları qanunsuz silah saxlama ilə bağlı profilaktik tədbirlər keçiriblər. Nəticədə əvvəllər Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə məhkum olunmuş paytaxt sakini 34 yaşlı S.Babayev vəfat etmiş atasından qalan “İJ-40” markalı tapança və 33 ədəd patronu polisə təhvil verib.