Mingəçevirdə piknik edən ailə cərimələndi
14 aprel 2020 15:09 (UTC +04:00)

Mingəçevirdə piknik edən ailə cərimələndi

0

Mingəçevirdə karantin rejimini pozanlar cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə,  Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman “Dəniz yolu” deyilən ərazidə azyaşlı övladlarının da iştirakı ilə piknik təşkil edən şəxslər müəyyənləşdirilib. Onların şəhər sakinləri Natiq Qənbərov, Sərxan Nəsirov, Vüsal İsmayılov, Nicay Quliyev və Məhəmməd Abdullayev olduqları məlum olub. 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və cərimə ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1543

Oxşar yazılar