Göygöldə mağazadan oğurluq edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, rayon ərazisindəki mağazaların birindən 3000 manat dəyərində tütün məmulatı, spirtli və energetik içkilər oğurlanıb.
Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri V.Bağırov, əvvəllər məhkum olunmuşlar Z.Heydərzadə və O.Süleymanov saxlanılıblar.