Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət edilir.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
Rayon Polis Şöbəsinin əməkdaşları bütün küçə və prospektlərdə, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri çatdırır, yaşayış yerlərini tərk edən zaman isə mütləq qaydada tibbi maskalardan istifadə etmələri barədə məlumat verirlər.