Koronavirus xəstələri müalicə aldıqları yeri tərk etdilər - FOTO
01 dekabr 2020 12:37 (UTC +04:00)

Koronavirus xəstələri müalicə aldıqları yeri tərk etdilər - FOTO

0

Saatlıda müalicə aldıqları ünvanı tərk edən 2 COVID-19 xəstəsi müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxan və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk edən 2 rayon sakini – K. Sadıqov və Ə. Əliyev müəyyən edilib. Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar. Onlarla bir daha profilaktiki söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

 Hazırda Saatlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1432

Oxşar yazılar