Karantini pozan bir neçə kafe sahibi cərimələndi - FOTO
11 iyun 2020 10:25 (UTC +04:00)

Karantini pozan bir neçə kafe sahibi cərimələndi - FOTO

0

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər  aşkarlanıb. 

Lent.az-ıın məlumatına görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi və Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayırı-ayırlıqda Yuxarı Sulutəpə qəsəbəsində “Faxralı”, Biləcəri qəsəbəsi Natəvan qəsəbəsi Natəvan küçəsində “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 7  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, “Şuşa” kefesinin icarədarı 1500 manat, digərləri 100 manat cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2248

Oxşar yazılar