Bakıda qadına qarşı soyğunçuluq edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, noyabrın 28-də saat 22 radələrində rayon ərazisində bir nəfər X.Həsənovanın içərisində 150 manatı olan pulqabısını açıq talama yolu ilə alıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə bu barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Alıyarov müəyyən edilərək saxlanılıb.
Mingəçevirdə isə qadına məxsus pulqabı oğurlanıb.
Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini Z.Əmirovanın içərisində 305 manatı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Mingəçevir sakini R.Hacıyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.