İki maşın toqquşdu: sürücülərdən biri öldü
17 aprel 2020 12:27 (UTC +04:00)

İki maşın toqquşdu: sürücülərdən biri öldü

0

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata əsasən, aprelin 16-da saat 8 radələrində rayonun Tanrıqulular kəndi ərazisində şəhər sakini Fəxri Əlizadənin idarə etdiyi “Mercedes” və Mingəçevir şəhər sakini K.Bəşirovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə F.Əlizadə hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1218

Oxşar yazılar