Beyləqanda COVID-19 xəstələri barədə qanunamüvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri – V. Hüseynov və N. Nəsirli yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyən edilib. Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar. Hər iki şəxslə proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmaqlarının zəruruliyi onların diqqətinə çatdırılıb.
Hazırda Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.