Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakinləri Asəf Həsənov, Ramil Məmmədov, Çingiz Kazımov, Asəf Məsimov və Sadiq Abdullayev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanları tərk etmələri aşkarlanıb.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslər yaşadığı evə göndərilib, barələrində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.