Evdən çıxan daha bir koronavirus xəstəsinə cinayət işi açıldı
24 noyabr 2020 13:28 (UTC +04:00)

Evdən çıxan daha bir koronavirus xəstəsinə cinayət işi açıldı

0

Mingəçevirdə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Ş.Əhmədovaya ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Əraziyə həkim briqadası dəvət olunub və Ş.Əhmədova yaşadığı ünvana geri qaytarılıb.

Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai yerlərə çıxaraq, digər şəxslərin də həyatına ciddi təhlükə yaradan Ş.Əhmədova barəsində Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1795

Oxşar yazılar