Ermənilər Kəlbəcərdən it-pişikləri də oğurlayıb aparır.
Lent.az-ın məlumatına görə, bu barədə yayılan görüntülərdə aydın olur ki, ermənilər ev və küçə itlərini, pişikləri də qəfəslərə, yaxud maşınlara qoyaraq özləri ilə aparır. Sosial şəbəkədə də yayılan görüntülər izləyicilərin gülüş hədəfinə çevrilib.
Qeyd edək ki, noyabrın 10-da baş tutan razılaşmaya əsasən işğalçı ölkə noyabrın 25-də, yəni sabah Kəlbəcər rayonundan tamamilə çıxmalıdır.