Daxili İşlər Nazirliyi noyabrın 30-da evi tərk edən koronavirus xəstələrinin statistikasını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gün ərzində keçirilən tədbirlər nəticəsində yaşayış yerini tərk edən 28 nəfərin yeri müəyyən edilərək saxlanılıb.
Onlardan 26-sı müalicə aldığı evə qaytarılıb, 2 aktiv xəstə isə xəstəxanaya yerləşdirilib. Həmin xəstələrin 19-u barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb.