Başqa rayondan gələn koronavirus xəstələri postda saxlanıldı - FOTO
01 dekabr 2020 12:42 (UTC +04:00)

Başqa rayondan gələn koronavirus xəstələri postda saxlanıldı - FOTO

0

Mingəçevirin karantin postunda şəhərə daxil olmaq istəyən “VAZ-2106” markalı avtomobildə olan sərnişinin COVID-19 xəstəsi olduğu aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Göyçay şəhər sakini Abidə Yusifova koronavirus xəstəsi olmasına və ev şəraitində müalicə almasına baxmayaraq, qaydaları pozub yaşadığı ünvanı tərk edərək qohumuna məxsus avtomobillə Göyçaydan Mingəçevir şəhərinə gələrək virusun yayılmasına şərait yaradıb. 

COVID-19 virusunun daşıyıcısı olan Zərdab rayon sakini Elvin Məmmədli də Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən karantin postunda saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqlara rayonlarda qeydiyyatda olduqları ünvanlara geri qaytarılıblar.

Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1068

Oxşar yazılar