Başına yumruqla vurdular, sonra ...
19 iyun 2020 13:46 (UTC +04:00)

Başına yumruqla vurdular, sonra ...

0

Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Təhməzov iyunun 5-də Naximov küçəsində 3 nəfərin onun baş nahiyəsinə yumruqla vuraraq içərisində 640 manat pul, 380 manat dəyərində qulaqcıq, adaptor və geyim əşyaları olan çantasını aldığını bildirib.

DİN mətbuatxidmətindən Lent.az-a daxil olan məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri V.Xəlilov, O.İsmayılov və Ə.Abdullayev müəyyən edilərək saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3362

Oxşar yazılar