Baş Prokurorluqdan azad olunan yerlərə getmək istəyənlərə MÜRACİƏT - VİDEO
30 noyabr 2020 15:43 (UTC +04:00)

Baş Prokurorluqdan azad olunan yerlərə getmək istəyənlərə MÜRACİƏT - VİDEO

0

Baş Prokurorluq vətəndaşlarımızın düşmən tapdağından yeni azad olunan və minalanmış sahələrə getməməi üçün videomüraciət edib.

Qurumdan Lent.az-a daxil olan məlumata görə, müraciətdə deyilir:

"Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilir.

Baş Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1796

Oxşar yazılar