Bakıda mebel sexində yanğın olub.
Lent.az FHN-in saytına istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Ümumi sahəsi 200 m² olan ikimərtəbəli mebel sexinin 1-ci mərtəbəsində mebel materialları 50 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.