Bakıda maskasız sərnişinlər cərimələndi - FOTO
18 iyun 2020 17:48 (UTC +04:00)

Bakıda maskasız sərnişinlər cərimələndi - FOTO

0

Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın Nərimanov rayonunda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında profilaktik tədbirlər keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şərnişinlər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediblər.

Ümumilikdə qaydalara əməl etməyən 42 nəfər barəsində inzibati xəta haqqında protokol tərtib olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3549

Oxşar yazılar