Bakıda avtomobillərdən oğurluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, Binəqədi rayonunda K.Nəsrullayevə məxsus avtomobildən 1140 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.
Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılıb.
Xəzər rayonunda isə F.Bədəlova məxsus avtomobildən 500 manat pul oğurlanıb.
Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsmayılov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki fermaların birindən 100 metr kabel, 1 evdən isə mobil telefon oğurlaması da müəyyən edilib.