Bakıda iki maşın toqquşdu: ölən var
23 noyabr 2020 13:59 (UTC +04:00)

Bakıda iki maşın toqquşdu: ölən var

0

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini Y.Qurbanovun idarə etdiyi “VAZ-2107” markalı minik və Masallı rayon sakini Y.Rəhmanovun idarə etdiyi “İsuzu” markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində  Y.Qurbanovun sərnişini Qaytən Piriyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2155

Oxşar yazılar