Bakıda evdən külli miqdarda narkotik tapıldı
24 noyabr 2020 12:07 (UTC +04:00)

Bakıda evdən külli miqdarda narkotik tapıldı

0

Bakıda narkotik alverçiləri saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan F.Tomarov və S.Əliyev paytaxtın Xətai rayonu ərazisindəki kirayə yaşadıqları evdə saxlanılıblar.

Evə baxış zamanı oradan 3 kiloqram heroin, 1 kiloqram metamfetamin, 200 qram həşiş, 50 qram tiryək, 1500 ədəd metadon həbləri və elektron tərəzi aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1048

Oxşar yazılar