Bakıda evə basqın edən şəxs tutuldu
31 yanvar 2020 13:22 (UTC +04:00)

Bakıda evə basqın edən şəxs tutuldu

0

Bakıda mənzilə basqın edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə müraciət edən Samux rayon sakini V.Rüstəmov yanvarın 27-də kirayədə yaşadığı mənzilə aldatma yolu ilə girmiş naməlum şəxsin ona bıçaqla xəsarət yetirib oradan 300 dollar apardığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini C.Quliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1015

Oxşar yazılar