Bakıda 18 nəfəri aldadan qadın tutuldu
30 iyun 2020 14:02 (UTC +04:00)

Bakıda 18 nəfəri aldadan qadın tutuldu

0

Bakıda dələduzluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə Bakı şəhəri ərazisində şəhər sakini Ş.Vəliyeva Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzillər alacağı adı ilə 18 nəfəri aldadıb onlardan ümumilikdə 63700 manat pul alıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Ş.Vəliyeva tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2848

Oxşar yazılar