Azərbaycanda evdə partlayış: 3 nəfər dağıntılar altından çıxarıldı
16 aprel 2020 09:03 (UTC +04:00)

Azərbaycanda evdə partlayış: 3 nəfər dağıntılar altından çıxarıldı

0

Masallıda evdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evin konstruksiyaları dağılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri 2-si azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3378

Oxşar yazılar