Azərbaycanda borcu olan 14 nəfər saxlanıldı
31 mart 2020 12:06 (UTC +04:00)

Azərbaycanda borcu olan 14 nəfər saxlanıldı

0

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 22 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 911

Oxşar yazılar