Azərbaycana dərman keçirmək istəyi baş tutmadı
24 iyun 2020 10:35 (UTC +04:00)

Azərbaycana dərman keçirmək istəyi baş tutmadı

0

Daxil olan məlumat əsasında Rusiyadan gələn Azərbaycan vətəndaşlarının idarə etdikləri "DAF" markalı yük avtomobilləri "Samur" gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı avtomobillərdən birində olan noutbuk çantasının içərisindən 4 ədəd "iPhone" markalı mobil telefon tapılıb. Digər nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən isə 6 ədəd "iPhone" markalı mobil telefon və 3883 kapsul dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1929

Oxşar yazılar