Aksiz markası olmayan külli miqdarda siqaret aşkarlandı  - VİDEO
14 aprel 2020 12:11 (UTC +04:00)

Aksiz markası olmayan külli miqdarda siqaret aşkarlandı - VİDEO

0

Gömrükçülər ölkəyə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatının realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan məlumata görə, Aksizli mallar üzrə baş gömrük idarəsinin əməliyyat və təhqiqat şöbəsinə bir qrup şəxsin qanunsuz yolla ölkə ərazisinə gətirdiyi tütün məmulatının satışının təşkil edilməsi barədə məlumat daxil olub.

Həmin məlumat əsasında, "Mercedes-Benz E 220 CDI" markalı avtomobil Bakı şəhəri, Qaradağ rayonu ərazisində saxlanılıb. Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonunda 2 ədəd, yük yerində isə 3 ədəd qutuda aksiz markasız siqaretlərin olduğu müəyyən edilib.

Daha sonra idarəyə gətirilən avtomobilə təkrar baxış keçirilib. Baxış zamanı avtomobildəki qutularda, ümumilikdə 69800 ədəd xaricdə istehsal olunan, aksiz markasız müxtəlif adda siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1151

Oxşar yazılar