Gəncədə intihar edən şəxsin kimliyi məlum olub.
Lent.az-ın məlumatına görə, özünü binadan ataraq intihar edən şəxsin Gəncə şəhər sakini, 74 yaşlı Fəxrəddin İbiş oğlu Adıgözəlov olması müəyyən edilib.
Onun xərçəng xəstəsi olduğu, ağrılara dözmədiyi üçün canına qəsd etdiyi bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
***
26 mart, saat 20:38
Gəncə şəhərində intihar hadisəsi baş verib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, naməlum kişi Yeni Gəncə qəsəbəsində binalardan birinin beşinci mərtəbəsindən özünü atıb.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.