4 keçmiş məhkum yenə tutuldu - SƏBƏB
14 aprel 2020 12:57 (UTC +04:00)

4 keçmiş məhkum yenə tutuldu - SƏBƏB

0

Masallıda müxtəliff yerlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisindəki həyətyanı sahələrin birində quraşdırılmış elektrik transformatorunun 4000 manat dəyərində hissəsi sökülərək oğurlanıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar N.Hüseynov və E.Bağırov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların Səmidxan kənd sakini, əvvəllər məhkum olunmuş N.Ağayev və şəhər sakini, əvvəllər məhkum olunmuş P.Hacıyevlə birgə bir istirahət mərkəzindən və bir avtomobil təmiri sexindən 3000 manat dəyərində transformator, 450 manat dəyərində su mühərriki, 350 metr elektrik naqili, 1 ədəd samovar və inşaat materialları oğurlamaları da müəyyən edilib.

N.Ağayev və P.Hacıyev də polis əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı P.Hacıyevdən heroin və metamfetamin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1408

Oxşar yazılar