“1033” gecə klubunun rəhbəri həbs edildi - VİDEO  - YENİLƏNİB
23 noyabr 2021 17:53 (UTC +04:00)

“1033” gecə klubunun rəhbəri həbs edildi - VİDEO - YENİLƏNİB

0

Paytaxtın Yasamal rayonunda yerləşən “1033” gecə klubunda koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması aşkar olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbir zamanı gecə klubuna gələnlərin “COVID” pasportunun yoxlanılmadığı, masalararası məsafənin gözlənilmədiyi, müştərilərə qəlyan təklif edildiyi və bu kimi digər karantin qaydalarının kobud şəkildə pozulduğu  müəyyən olunub.

Tədbir nəticəsində gecə klubunun rəhbəri, əvvəllər məhkum olunmuş Mehdi Abbasov və orada işləyən xidməti personal saxlanılıblar.   

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “1033” gecə klubunun rəhbəri Mehdi Abbasov tutularaq istintaqa cəlb edilib.

Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

***

saat 10:11

Bakının məşhur əyləncə mərkəzində keçirilən əməliyyat Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tırəfindən aparılıb.

Lent.az əməliyyatdan yeni görüntülər əldə edib.

Həmin görüntüləri təqdim edirik.

***

saat 03:08

Bakının Yasamal rayonunda polis onlarla şəxsi saxlayıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “1033” klubuna Yasamal rayon Polis İdarəsinin əməkdaşları daxil olub. 

Müştərilərin əksəriyyətinin vaksin olunmadığı aşkarlanıb. Məhz buna görə də iaşə obyektinin rəhbərliyi, o cümlədən müştərilər saxlanılaraq 27-ci Polis Bölməsinə aparılıb. Onlara müvafiq olaraq protokol tərtib olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10646

Oxşar yazılar