Bakıda iki xalaoğlu dənizdə boğuldu
26 iyun 2010 13:00 (UTC +04:00)

Bakıda iki xalaoğlu dənizdə boğuldu

0
Xəzər dənizinin Bakı şəhərinin Hövsan qəsəbəsi ərazisində iki yaxın qohum suda boğulub.


Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 15:00 radələrində baş verib. Hövsan qəsəbə sakini olan 15 yaşlı Şahin Yaqubov və onun xalası oğlu, Yasamal rayon sakini 22 yaşlı Elşad Məmmədov dənizdə çimərkən ehtiyatsızlıq səbəbindən boğulublar.


Hadisə yerinə gələn dalğıc-xilasedicilər hər iki şəxsin cəsədini dənizdən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 966

Oxşar yazılar