Bir TIR avtomobil külə döndü
07 iyun 2010 16:15 (UTC +04:00)

Bir TIR avtomobil külə döndü

0
Yük maşınının qəzaya uğraması nəticəsində milyonluq avtomobillər yanıb

Bolqarıstandan Türkiyəyə qiyməti 1 milyon lirədən (500 min manat) çox olan avtomobil gətirən yük maşını qəzaya uğrayıb.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, bolqar əsilli Doğanko Patkov Ədirnə şəhərindən İstanbula gedərkən baryerə çırpılıb.

Qəza zamanı yük maşınının yanacaq çəni sürtünmə nəticəsində alovlanıb. Maşından düşərək uzaqlaşan sürücü telefonla yardım istəyib. Ədirnə Bələdiyyəsinin yanğınsöndürmə dəstələri 2 saatdan sonra yanğını çətinliklə nəzarət altına alıb. Yanğın nəticəsində yük maşını və üzərindəki təzə avtomobillər yanıb, istifadəyə yararsız hala düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 547

Oxşar yazılar