Qoyun oğurladığı üzə çıxan çoban intihar etdi
04 iyun 2010 12:15 (UTC +04:00)

Qoyun oğurladığı üzə çıxan çoban intihar etdi

0
Cəlilabad sakini özünü gölə atıb

Özünü körpüdən suya atmış Cəlilabad rayon sakininin meyiti sudan çıxarılıb.

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 1-də Saatlı rayonunun Genişkənd kənd sakini, kəndli fermer təsərrüfatının rəhbəri Bayram Əliverdiyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 1 baş qoyununun təsərrüfatda çoban işləyən Ceyhun Yusifov tərəfindən oğurlanmasını bildirib. Mil-Muğan körpüsündə C.Yusifov həmyerlisi, Cəlilabad rayon sakini İlqar Hüseynova məxsus “VAZ-2107” markalı avtomaşında B.Əliverdiyevin qohumları Rauf Həsənov, Allahverdi Aslanov tərəfindən saxlanılarkən, avtomaşının yük yerində qoyun və quzu aşkar edildiyindən İ.Hüseynov özünü körpüdən suya atıb.

İyun ayının 3-də İ.hüseynovun meyiti sudan çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar