Hamilə arvadını yandırana 11 il 3 aylıq həbs
24 may 2010 13:30 (UTC +04:00)

Hamilə arvadını yandırana 11 il 3 aylıq həbs

0
Mayın 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə arvadını öldürməyə cəhddə təqsirləndirilən Yevlax rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Lent.az-ın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Həşimova hökm oxunub. Hökmə əsasən, E.Həşimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Sərvər oğlu Həşimov 2009-cu il noyabrın 30-da ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Leyla Muxtarovanı amansızlıqla döyüb. Daha sonra hamilə olan həyat yoldaşının üstünə benzin tökərək od vurub. O, qadını evdə gizlətməyə çalışıb, amma səs-küyə gələn qonşuların köməkliyi ilə L. Muxtarova Gəncə şəhər Xəstəxanasına aparılıb. Həkimlər L.Muxtarovanın həyatını xilas edə bilsə də, bətnindəki körpə tələf olub.


E. Həşimov isə hüquq-mühafizə orqanları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.


Qeyd edək ki, E. Həşimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci (açıq şəkildə hamilə vəziyyət olan şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar