Yol qəzasında 25 nəfər öldü
08 yanvar 2024 23:40 (UTC +04:00)

Yol qəzasında 25 nəfər öldü

0

Braziliyanın Bahia ştatında turist avtobusunun yük maşını ilə toqquşması azı 25 nəfər həlak olub.

Lent.az  xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, həlak olanlardan 3-ü yük maşınının, 22-i isə avtobusun sərnişinləridir. Ölənlər arasında uşaqlar və hamilə qadınlar da var.

Daha 5 nəfərin yaralandığı deyilir.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Portalın məlumatına görə, avtobus sərnişinləri okeana səyahətdən qayıdırmışlar. Şəhərdə üç günlük matəm elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3685

Oxşar yazılar