Türkiyə Parlamenti tarixi qərarı qəbul etdi
31 mart 2023 01:03 (UTC +04:00)

Türkiyə Parlamenti tarixi qərarı qəbul etdi

0

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi təklifini müzakirə edib.

Lent.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Deputatların səsverməsinə çıxarılan təklif qəbul edilib.

Bununla da ölkənin NATO-ya üzv olması üçün Parlamentdə atılan addım tamamlanıb.

Finlandiya bundan əvvəl NATO-ya üzv olan 29 ölkənin təsdiqini almışdı.

Türkiyənin də razılığı ilə onun üzvlüyü mümkün olacaq.

Baş Assambleyada qəbul edilən mətn təsdiq üçün prezident Ərdoğana göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3351

Oxşar yazılar