ABŞ-ın keçmiş prezidenti Donald Tramp Manhetten prokurorluğunun açdığı iş üzrə həbs olunma tarixini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, keçmiş Amerika lideri martın 21-də həbs oluna biləcəyini gözləyir.
Bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Respublikaçılar partiyasından aparıcı namizəd və Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti gələn həftənin çərşənbə axşamı günü həbs olunacaq. Etiraz edin, ölkəmizi geri alın!”, - Tramp “Twitter” hesabında yazıb.