Torpağa görə davada 24 nəfər öldü
14 mart 2023 03:58 (UTC +04:00)

Torpağa görə davada 24 nəfər öldü

0

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa yaxınlığındakı Mai Ndombe əyalətində yerli sakinlər arasında toqquşmalarda 24 nəfər həlak olub.

Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, teke və yaka xalqları arasında son 2 gündə intensivliyi artan qarşıdurma nəticəsində azı 24 nəfər ölüb.

Mai Ndombe əyalətinin bir çox bölgəsinə yayılan qarşıdurma səbəbindən 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2105

Oxşar yazılar