Sevgilisinin yerinə imtahana girmək üçün qadın kimi bəzəndi
17 yanvar 2024 16:35 (UTC +04:00)

Sevgilisinin yerinə imtahana girmək üçün qadın kimi bəzəndi

0

Hindistanda bir kişi sevgilisinin əvəzinə universitet imtahanına girmək üçün dodaq boyası çəkib və qadın paltarı geyinib.

Lent.az xarici mediaya istinadla bildirir ki, kişi tibbi müayinədən keçməyə çalışıb və sevgilisinin adına saxta sənədlər hazırlayıb. Bu üsulla hindli universitet işçilərini aldada bilib. Lakin onun planı biometrik skanerlərdə uğursuz olub.

Məlumata görə, kişi imtahan zalına girə bilib. Lakin ərizə vərəqəsindəki fotoşəkil sözügedən namizədin üzünə uyğun gəlmədiyi üçün məmurlar şübhələniblər.

Əvvəlcə fırıldaq faktını aşkar edən universitet rəsmiləri həmin şəxsi evə göndərsələr də, sonradan onun barəsində şikayət edilib və hazırda istintaq aparılır. Həmçinin, polis hindlinin sevgilisi ilə də bağlı araşdırma aparır. Çünki kişi onun sevgilisinin razılığı olmadan imtahana gedə bilməzdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 30135

Oxşar yazılar