Saxta "iPhone" adapteri evi yandırdı
30 iyun 2023 18:50 (UTC +04:00)

Saxta "iPhone" adapteri evi yandırdı

0

İngiltərədə “iPhone” şarj cihazı evin yanmasına səbəb olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Emma Flaherti qızları ilə evdə olarkən ikinci mərtəbədən tüstü qoxusu hiss edib. O, yataq otağına qaçaraq, çarpayı və yastığın yandığını görüb. Yanğın tez bir zamanda bütün otağı bürüyüb, buna görə də britaniyalı uşaqları götürüb küçəyə qaçıb.

Yanğınsöndürənlər gəlib və bir saat ərzində alovu söndürüblər. Daha sonra onlar Emmaya bildiriblər ki, yanğına səbəb “iPhone” şarj cihazıdır. Zərərçəkən qadın insanları “ucuz” və qeyri-rəsmi mobil telefon doldurucularının təhlükələri barədə xəbərdar edir.

“Bu, ya Amazondan, ya da qəzet köşkündən aldığım iPhone şarj cihazı idi, ona görə də rəsmi istehsalçıdan deyil”, - Flaherti deyib.

Təəssüf ki, Emma əmlakını sığorta etməyib, ona görə də itirdiyi əşyalara görə kompensasiya almayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3336

Oxşar yazılar