Rusiya Dövlət Dumasının deputatı Semyon Baqdasarov açıq şəkildə Türkiyənin bir hissəsini “güclü zəlzələlərdən xilas olana qədər” işğal etməyi təklif edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, siyasətçi bunu Rusiyanın “Solovyov Live” təbliğat proqramının efirində bildirib.
O, iddia edir ki, ilk növbədə, guya, Türkiyənin Ukraynada “təsirini parçalamaq”, sonra isə ölkənin özünü Mərkəzi Asiya və Cənubi Qafqazdan qovmaq lazımdır.

Deputat hesab edir ki, Türkiyədə dövlət çevrilişi ilə belə dəyişikliklərə nail olmaq mümkündür.
Siyasətçi həmçinin İstanbulda Ayasofya üzərində xaç qoyulmasını, duaların aramey və rus dillərində oxunmasını təklif edib.
“Bəli, gəlin böhrandan (Türkiyədəki zəlzələlərdən – red.) istifadə edək... Bu böhran çöküş və ərazilərimizin bizə birləşdirilməsi olmalıdır”, - Baqdasarov yekunlaşdırıb.