Qurban Qurbanov beynəlxalq reytinq cədvəlində irəlilədi
12 iyul 2023 21:01 (UTC +04:00)

Qurban Qurbanov beynəlxalq reytinq cədvəlində irəlilədi

0

Dünyanın ən yaxşı 500 baş məşqçinin reytinq siyahısı açıqlanıb.

Lent.az xəbər verir ki, siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur.

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində 199-cu pillədə qərarlaşıb. Əlli bir yaşlı mütəxəssisin hesabında 1595 xal var.

Qurban Qurbanov ötən siyahı ilə müqayisədə beş pillə irəliləyib.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2028

Oxşar yazılar