Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda qonşular arasındaavtomobilin saxlanılmasına görə dava olub.
Lent.az "Ensonhaber"ə istinadən xəbər verir ki, dava ailə üzvlərinin də iştirakı ilə böyüyüb.
Daş və çubuqların da istifadə edildiyi davada 14 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə Siverek Dövlət Xəstəxanasına aparılıb.
Polis qrupları məhəllə və xəstəxanada təhlükəsizlik tədbirləri alıb.