“Freddy” qasırğası Mozambik və Malavidə ciddi dağıntılara səbəb olub.
Lent.az-ın xəbərinə görə, şiddətli külək binaları uçurub, infrastruktura ziyan vurub.
Mozambikdə qasırğanın təsirinə məruz qalan ərazilərdə azı yüz nəfər həlak olub. Malavidə ölənlərin sayı 10 nəfəri keçib. Hər 2 ölkədə onlarla adam xəsarət alıb.