Polşalı həkimlər  Saakaşvili ilə görüşəcək
16 mart 2023 14:21 (UTC +04:00)

Polşalı həkimlər Saakaşvili ilə görüşəcək

0

Polşanın həkim briqadası Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə görüşə biləcək. 

Lent.az bildirir ki, bu barədə “Azadlıq” radiosunun müxbiri Rikard Yozvyak “Twitter”də məlumat verib.

O, Avropa İttifaqının rəsmilərinə istinadən yazıb: "Polşa həkimlər qrupuna Saakaşviliyə giriş icazəsi verilib. Onların Gürcüstana gedəcəkləri tarix hələ məlum deyil".

Yozvyak vurğulayıb ki, söhbət keçmiş prezidentin Polşaya və ya başqa ölkəyə köçürülməsindən deyil, həkimlərə çıxışın təmin edilməsindən gedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1927

Oxşar yazılar