"Fringe" və "The Wire" kimi məşhur seriallardakı rolları ilə tanınan və "Con Wick" serialında "Charon" obrazını canlandıran məşhur ABŞ aktyoru Lens Reddik ölüb.
Lent.az xəbər verir ki, 60 yaşlı aktyor evində ölü tapılıb.
Məşhur aktyorun ölüm səbəbi ekspertizadan sonra dəqiqləşəcək.
Reddick "Con Wick" serialının qarşıdan gələn dördüncü hissəsi üçün media-tur təşkil edirdi.
Məşhur amerikalı aktyor "The Wire" serialındakı Sedrik Daniels və "Fringe" serialındakı Filip Broyls obrazları ilə tanınıb.