Cənubi Koreyanın Çirisan Milli Parkında güclü yanğın baş verib.
Lent.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Yanğın 910 min hektar meşə sahəsinə ziyan vurub.
Hadisə zamanı bir yanğınsöndürən həlak olub.
Qeyd olunur ki, yanğın başlayandan 21 saat sonra söndürülüb.
Eyni zamanda 75-ə yaxın yerli sakin evlərini tərk etməli olub.