Məmurun oğlu avtomobillə təqaüdçünü əzib öldürdü
17 mart 2023 16:32 (UTC +04:00)

Məmurun oğlu avtomobillə təqaüdçünü əzib öldürdü

0

Tuva Respublikasında məmurun 15 yaşlı oğlu “UAZ” markalı avtomobili 69 yaşlı kişinin üzərinə sürüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə martın 15-də Kaa-Xem rayonunun Sarıq-Sep kəndində baş verib. “UAZ” markalı avtomobili idarə edən 9-cu sinif şagirdi 69 yaşlı təqaüdçünü əzib. Təqaüdçü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Məlum olub ki, onun anası rayonda yüksək vəzifəli şəxsdir.

Yeniyetməyə qarşı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 12.7-ci maddəsinin 3-cü hissəsi ilə inzibati iş açılıb. Qanun pozuntusuna görə 30 min rubl cərimə nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2042

Oxşar yazılar